Vardanyanın növbəti məhkəməsində nələr yaşandı? - Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 12-də davam etdirilib.
Təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək, cinayət işi üzrə ittiham aktının rus dilinə olan tərcüməsində bir sıra ziddiyyətli məqamların olduğu üçün məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edib. R.Vardanyan vəsatəti müdafiə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, müdafiə tərəfinin ziddiyyətli hesab etdiyi hallar müvafiq ekspertizanın predmeti deyil. Ona görə də vəsatət təmin olunmamalıdır.
Qərara əsasən, vəsatət təmin olunmayıb. Bundan sonra müdafiəçi Berman işə baxan hakimlər kollegiyasına etiraz edib.
Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib, hazırkı etirazda da yeni hal yoxdur. Bu səbəbdən etiraz müzakirəyə çıxarılmayıb.
Daha sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.
Məhkəmənin növbəti iclası avqustun 19-na təyin olunub.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
