Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Ekoloji aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar magistral yolun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam ağacları əkiblər. Həmçinin əvvəl əkilən ağaclara aqro-texniki qulluq göstərilib, suvarılması təmin edilib.
Aksiyanın məqsədi yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığına tövhə vermək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
#Yeni Azərbaycan Partiyası teqi istifadə olunub
- Cənubi Qafqazın ən böyük partiyası olan YAP barədə vacib detallar - Baku TV
- İlham Əliyevin çıxışındakı əsas mesajlar və Azərbaycanın yeni təhlükəsizlik xətti - YEKUNLAŞDIRAQ
- Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışına dair videoçarx paylaşılıb
- Millət vəkili Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərindən danışdı
- YAP-ın gələcək fəaliyyət istiqamətləri | Hikmət Babaoğlu diqqətçəkən məqamları vurğuladı - Baku TV
