Pleyeri seçin:

Xalq artistinin məhkəmə prosesinə gəlməmə səbəbi | Şahidlər nələri etiraf etdi?

23 yanvar 2025 569 baxış

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilmədiyi elan olunub.

Prosesdə şahid qismində Binəqədi Rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, hospitalın xəzinədarı vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.

Şahid qismində çıxış edən Xuraman Abbasova bildirib ki, hadisə baş verən gün işdə olub. Həmin gün Ağadadaş Ağayevin əlində balta nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşdığını görüb.

Onun sözlərinə görə, Xalq artistinin atdığı baltanın iş yoldaşı Nəzakət xanıma dəydiyinin şahidi olub. Prosesdə şahid qismində dindirilən hospitalın xəzinədarı Güldəstə Aşurlu bildirib ki, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub.

Qeyd edib ki, içəri daxil olanda bir nəfər nalayiq ifadələr işlədə-işlədə mühafizəçi Nurəddin Cəlilova yaxınlaşıb. Həmin şəxsin Ağadadaş Ağayev olduğunu bilməyib. Bir müddət sonra Nurəddin Cəlilovun üzünün qanlı olduğunu və təcili yardıma yaxınlaşdığını görüb.

Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu qeyd edib.

İş üzrə növbəti məhkəmə prosesi fevralın 6-na təyin edilib. 

Banner
Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 569 baxış
İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 569 baxış
“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 569 baxış
Seçilmişlər
icon