Xocalı faciəsini işıqlandıran jurnalist vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi və Xocalı faciəsi haqqında kitab yazan məşhur amerikalı jurnalist Tomas Qolts 69 yaşında vəfat edib.
Tomas Qolts 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. O, bu müddətdə yazdığı kitablarda “qaynar” nöqtələrdə baş verən hadisələri təsvir edib.
Məşhur jurnalistin 1998-ci ildə işıq üzü görən “Azərbaycan gündəliyi” kitabında Xocalı faciəsindən bəhs edilir. Hərbi müxbir Birinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün Ermənistanda arzuolunmayan şəxslər siyahısına salınıb. Dünyada onu Azərbaycanın və ulu öndər Heydər Əliyevin dostu kimi tanıyıblar.
Tomas Qolts 2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.
#Tomas Qolts teqi istifadə olunub
