Xocalıda daha bir kütləvi məzarlıq | Qazıntı işlərindən anbaan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalıda ən azı 4 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, kütləvi insan qalıqları Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında qazıntı işləri zamanı aşkar edilib.
Qeyd olunub ki, tapılan sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə götürülüb.
Prokurorluğun xəbərinə görə, qalıqların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Aşkar edilən insan sümüklərindən birinin azyaşlıya məxsus olması ehtimal edilir. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
