Pleyeri seçin:
Xocalıda tapılan insan qalıqlarından şəxsiyyəti müəyyən edilənlər var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalıda tapılan 18 insan qalığından səkkizinin şəxsiyyəti müəyyənləşib.
Aşkar olunanlar arasında 1992-ci ildə Xocalıda şəhid olan Əli Cavadovun da qalıqları var.
Xocalı sakininin ailəsi hazırda Goranboy rayonunda məskunlaşıb. Üç qız, üç oğul atası olan Əli Cavadov 39 yaşında dünyasını dəyişib.
Xocalı sakini Südabə Cavadova həyat yoldaşı Əli Cavadovla birlikdə qardaşını da itirib.
“32 ildir ki, yol gözləyirdik. Torpaqlarımız alındı, indi də şükür ki, sümükləri tapıldı, gözümüz özümüzə yığıldı”, – S.Cavadova söyləyib.
Qeyd edək ki, Xocalıda tapılan digər insan qalıqlarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Kopyalandı
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
