Xocalıdakı mövqelərimiz atəşə tutuldu (29.06.2023)
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
