Xocalının Seyidbəyli və Daşbulaq kəndlərində quruculuq işləri aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı rayonu yenidən doğulur! Baku TV-nin xüsusi reportajında bildirilir ki, "Böyük Qayıdış" proqramı çərçivəsində rayonun Seyidbəyli və Daşbulaq kəndlərində sürətli quruculuq işləri aparılır. Onilliklər boyu düşmən tapdağında qalan və dağıdılan bu yaşayış məntəqələri indi müasir standartlara uyğun olaraq yenidən qurulur. Süjetdə kəndlərdə inşa edilən fərdi yaşayış evləri, məktəb binaları, uşaq bağçaları və digər mühüm infrastruktur obyektlərinin tikinti gedişatı nümayiş etdirilir. Həmçinin, kəndlərin kommunikasiya xətlərinin çəkilməsi, yolların asfaltlanması və içməli su təminatı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilir. Xocalının bu qədim kəndlərinin sakinlərinin doğma yurdlarına qayıdışı üçün yaradılan şərait və bölgənin yeni siması Baku TV-nin reportajında.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
