Pleyeri seçin:

Yaxın günlərdə olacaq hava şəraiti ilə bağlı xəbərdarlıq

13 yanvar 2026 698 baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan ərazisində yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

FHN-in yaydığı məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, ölkə ərazisində qarşıdakı günlərdə meteoroloji şəraitin kəskin pisləşəcəyi gözlənilir. Xüsusilə dağlıq və dağətəyi bölgələrdə intensiv qar yağıntıları, havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi və bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

FHN vətəndaşlara müraciət edərək, yarana biləcək təhlükələrdən qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

"Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Cəmiyyət
21 sentyabr 2026 698 baxış
Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 698 baxış
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV

Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
Zirzəmidə dərs keçirilir? | Məktəbdə yer çatışmazlığı müzakirələrə səbəb olub - XÜLASƏ

Zirzəmidə dərs keçirilir? | Məktəbdə yer çatışmazlığı müzakirələrə səbəb olub - XÜLASƏ

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
"Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV

"Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
"Xalq onu sadəliyinə görə sevirdi" | Məmmədbağır Bağırzadənin son günləri ilə bağlı xatirələr

"Xalq onu sadəliyinə görə sevirdi" | Məmmədbağır Bağırzadənin son günləri ilə bağlı xatirələr

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?

Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?

Cəmiyyət
20 sentyabr 2026 698 baxış
Seçilmişlər
icon