Pleyeri seçin:

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

06 oktyabr 2026

Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində 90 nömrəli məktəbə gedən yol sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə nə normal yol, nə də piyada səkisi var. Bu isə xüsusilə məktəblilərin gediş-gəlişini çətinləşdirir və təhlükə yaradır.

Sakinlər bildirirlər ki, yolun hər iki tərəfində piyada hərəkəti üçün şərait olmadığından uşaqlar avtomobil yolundan istifadə etməli olurlar. Onların sözlərinə görə, ərazidə daha əvvəl piyadaların vurulması ilə nəticələnən hadisələr də baş verib.

Problemin digər tərəfi isə yolun vəziyyətidir. Ərazidə çoxsaylı çuxur və çalalar var. Sürücülər yolun bərbad vəziyyətdə olması səbəbindən avtomobillərinin tez-tez sıradan çıxdığını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Yeni Ramana yolu agentliyin balansındadır və təmir olunacaq yollar siyahısına daxildir.

Qeyd edilib ki, yaxın vaxtlarda burada asfalt örtüyünün yenilənməsi nəzərdə tutulur. İşlərin hava şəraiti yaxşılaşdıqdan sonra aparılması planlaşdırılır. Lakin ərazidə piyada səkisinin olmaması ilə bağlı məsələ hələ də açıq qalır.

Banner
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026
Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Cəmiyyət
06 oktyabr 2026
"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026
Məktəbin qarşısında qorxulu mənzərə | “Maşının üstünə aşdı, təhlükəlidir, baxan yoxdur!” - Baku TV

Məktəbin qarşısında qorxulu mənzərə | “Maşının üstünə aşdı, təhlükəlidir, baxan yoxdur!” - Baku TV

Cəmiyyət
06 oktyabr 2026
“Orada boğulurdum, 9 ildir kirayədəyəm” | Xəstəlikdən əziyyət çəkən şəhid xanımı niyə evsizdir?

“Orada boğulurdum, 9 ildir kirayədəyəm” | Xəstəlikdən əziyyət çəkən şəhid xanımı niyə evsizdir?

Cəmiyyət
06 oktyabr 2026
Lil, palçıq, keçilməz yol - Hökməli sakinləri çıxılmaz vəziyyətdə - Baku TV

Lil, palçıq, keçilməz yol - Hökməli sakinləri çıxılmaz vəziyyətdə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026
İcarəyə götürdüyümüz poverbanklar bizi necə riskə atır? - Baku TV CANLI

İcarəyə götürdüyümüz poverbanklar bizi necə riskə atır? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026
Sosial ödənişlər artır: yeni paket nə qədər vətəndaşı əhatə edəcək? - Baku TV CANLI

Sosial ödənişlər artır: yeni paket nə qədər vətəndaşı əhatə edəcək? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026
Diqqət tələb edən tapşırıqlarla qaçış arasında hansı əlaqə var?

Diqqət tələb edən tapşırıqlarla qaçış arasında hansı əlaqə var?

Cəmiyyət
06 oktyabr 2026
Seçilmişlər
icon