Pleyeri seçin:

Yüzlərlə yük avtomobili sərhəddə qaldı | “7 gündür yollardayıq, addım-addım gedirik” - Baku TV

01 may 2026 290 baxış

Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük buraxılış məntəqəsinin qarşısında bir neçə gündür yük avtomobillərinin uzun növbəsi yaranıb.

Hazırda yüzlərlə avtomobil buraxılış məntəqəsindən keçmək üçün sıraya düzülüb. Sürücülər şəraitin ağır olduğunu bildirirlər.

“Gecə yatmamışıq. Yeməkxana yoxdur, tualet yoxdur, ümumiyyətlə, heç bir şərait yoxdur. Park yerləri yaradılsa da, insanlar küçələrdə qalırlar. Yük xarab olur, gecikir. Bütün bunlar zərərdir”, – sürücülərdən biri deyib.

Digər sürücü isə bildirib: “Biz bir həftədir buradayıq. “Qırmızı körpü”dən çıxmışıq, bir həftədir yollardayıq. Təxminən 20 kilometr uzunluğunda növbə var. İnsanlar gecə-gündüz burada qalırlar, nə tualetə gedə bilir, nə də su tapa bilir. Artıq 16 saatdır yuxusuzam”.

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən “Samur”, “Xanoba” və “Şirvanlı” gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılışla bağlı hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 290 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 290 baxış
Seçilmişlər
icon