Zərərçəkənlər yaşadıqlarını Vardanyanın üzünə vurdu | Məhkəmədə nələr üzə çıxdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib.
Təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etiraz bildirdiyini deyib.
Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib.
Hakim Zeynal Ağayev etiraza münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxs ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olmasını vurğulasa da, məhkəməyə bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməyib və etirazını əsaslandırmayıb. Ona görə də vəsatət baxılmamış saxlanılıb.
Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.
Zərərçəkmiş Anar Kazımovun hüquqi varisi Eynur Kazımov qardaşının Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş Valeh Səfərov ifadəsində qardaşı Gökhan Səfərovun Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxslər Zamir Sadıqov və Zülfüqar Muradov ifadələrində düşmənin təxribatları nəticəsində yaralandıqlarını qeyd ediblər.
Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
