Zərərçəkmişlər Vardanyanın məhkəməsində dəhşətli faktları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib.
Məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Amin Həsənovun hüququ varisi – atası İlqar Həsənov ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Ucal Babaşovun hüquqi varisi – atası Nərbala Babaşov övladının Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxs Hüseyn Nəsibovun hüquqi varisi – atası Əfqan Nəsibov ifadəsində övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini söyləyib.
Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.
Digər zərərçəkmiş şəxslər ifadələrində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.
Məhkəmə prosesində mina qurbanı olmuş və digər zərərçəkmişlər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Bundan başqa, prosesdə məhkəmə-fonoskopik, məhkəmə-partlayış texniki ekspertizalarının rəyləri elan olunub.
Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
