Pleyeri seçin:

24 saat içində dəhşətli müharibə başlayacaq? - Pakistandan qalmaqallı reaksiya

30 aprel 2025 566 baxış

Hindistan lideri Modi Kəşmirdə orduya döyüşə hazırlıq vəziyyətinə gətirilməsi əmrini verib.

Bu barədə danışan Pakistanın informasiya naziri Ataullah Tarar Hindistanın hərbi əməliyyata hazırlaşdığını bildirib.

Məlumata görə, Hindistanın Baş naziri Narendra Modi bu barədə çərşənbə axşamı keçirilən gizli təhlükəsizlik sammitində bildirib.

Hindistanın Baş nazirinin ofisinin verdiyi açıqlamada bildirilib ki, Modi silahlı qüvvələrə hücuma necə, nə vaxt və harada cavab verilməsi ilə bağlı tam səlahiyyət verib. Hökumət Modinin ordu rəisi və müdafiə naziri Rajnath Singhlə görüşünün görüntülərini də yayıb.

Hindistan Pakistanı aprelin 22-də Kəşmirin turistik Pahalqam rayonunda 26 mülki şəxsin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşımaqda günahlandırsa da, İslamabad ittihamları rədd edib.

Hadisədən sonra tərəflər təkcə sərhəddə deyil, diplomatik arenada da qarşı-qarşıya gəliblər. Vətəndaşların qarşılıqlı deportasiyası, diplomatik bəyanatlar verilməsi və quru sərhəd qapısının bağlanması kimi addımlar atılıb.

Baş nazir Modi dünyanın harasında olurlarsa olsunlar, hücuma görə məsuliyyət daşıyanları və onların tərəfdarlarını tapacaqlarını söyləyərək deyib: “Biz onları dünyanın sonuna qədər təqib edəcəyik” .

Pakistanın informasiya naziri Tarar isə bildirib ki, Hindistanın yaxın 24-36 saat ərzində hərbi əməliyyata başlamaq niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatı alıblar.

Banner
Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar - Baku TV

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar - Baku TV

Dünya
10 oktyabr 2026 566 baxış
Tramp dizel yanacağının qlobal bazara tədarükünə icazə verdi

Tramp dizel yanacağının qlobal bazara tədarükünə icazə verdi

Dünya
10 oktyabr 2026 566 baxış
Tramp administrasiyasından gözlənilməz addım | Vaşinqton hansı qərarı qəbul edib? - Baku TV

Tramp administrasiyasından gözlənilməz addım | Vaşinqton hansı qərarı qəbul edib? - Baku TV

Dünya
10 oktyabr 2026 566 baxış
Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq?

Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq?

Dünya
10 oktyabr 2026 566 baxış
Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI

Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI

Dünya
10 oktyabr 2026 566 baxış
Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Dünya
10 oktyabr 2026 566 baxış
Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Dünya
10 oktyabr 2026 566 baxış
Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Dünya
10 oktyabr 2026 566 baxış
500 mindən çox abonent elektrik enerjisiz qalıb

500 mindən çox abonent elektrik enerjisiz qalıb

Dünya
10 oktyabr 2026 566 baxış
Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Dünya
10 oktyabr 2026 566 baxış
Seçilmişlər
icon