İrəvana yeni zərbə gücü | "Pralay" raketləri region üçün təhlükəlidir? - HƏRBİ XRONİKA
“Hərbi xronika”nın budəfəki buraxılışında Hindistanın “Pralay” taktiki raketlərinin Ermənistana mümkün satışı, bu istiqamətdə aparılan danışıqlar və sözügedən raketlərin regionun təhlükəsizlik mühitinə mümkün təsiri təhlil olunub.
Bildirilib ki, Hindistanın müdafiə sahəsinə dair “Indian Defence Research Wing” portalı Müdafiə Nazirliyinin nümayəndəsi Raceş Kumarın Ermənistana son səfəri fonunda “Pralay” raketlərinin İrəvana mümkün tədarükü məsələsini yenidən gündəmə gətirib. Tərəflərin yeni nəsil raketlər, birgə müəssisələrin yaradılması, sənaye tərəfdaşlığı və digər Hindistan müdafiə sistemlərinin mümkün tədarükünü də müzakirə etdiyi qeyd olunub.
Qeyd olunub ki, Ermənistan artıq “Pinaka”, “Akash”, ATAGS və “Swathi” daxil olmaqla bir sıra Hindistan istehsalı sistemlərin müştərisinə çevrilib. Yeni mərhələdə isə müzakirələrin daha mürəkkəb və qabaqcıl zərbə imkanlarına, o cümlədən “Pralay” raketlərinə yönəldiyi bildirilir. Açıq mənbələrə görə, Ermənistan üçün raketin təxminən 290 kilometrlik ixrac versiyası nəzərdən keçirilə bilər.
Vurğulanıb ki, “Pralay” DRDO tərəfindən hazırlanmış, mobil platformadan buraxılan, bərk yanacaqlı “yer-yer” tipli kvaziballistik raketdir. Sistem uçuş zamanı trayektoriyasını dəyişə, yüksək dəqiqlikli zərbələr həyata keçirə və “atəş aç, mövqeyi dəyiş” prinsipinə uyğun istifadə oluna bilir. Raketin müxtəlif konfiqurasiyalarda 150–500 kilometr arasında mənzilə malik olduğu göstərilir.
Bildirilib ki, Ermənistanın “Pralay”a mümkün marağı ölkənin uzaqmənzilli yüksək dəqiqlikli zərbə imkanlarını artırmaq cəhdi kimi qiymətləndirilir. Bununla yanaşı, raketin real effektivliyi yalnız onun mənzili və sayından deyil, kəşfiyyat və hədəfləmə sistemləri ilə inteqrasiyasından da asılıdır. Ermənistanın bu istiqamətdə imkanları məhdud olduğu halda “Pralay”ın regionda ciddi hərbi üstünlük yaratması ehtimalı aşağı qiymətləndirilir.
#Hindistan teqi istifadə olunub
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
- Güclü daşqınlar Hindistanda ciddi fəsadlara və insan tələfatına səbəb olub
- Evsizlər üçün ayrıca status niyə yaradılmadı? | Hökumət qərarını açıqlayıb
