Pleyeri seçin:

3-cü dünya müharibəsi yaxınlaşır | NATO ölkələri savaşa qoşuldu?

18 noyabr 2024 258 baxış

ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verməsi dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib: “Ukraynanın gücləndirilməsi planı tərəfdaşlarıma təqdim etdiyim qələbə planıdır. Əsas məqamlardan biri də ordumuzun Rusiya dərinliklərinə zərbəsidir. Bu gün bir çox media orqanı deyir ki, dərinliklərə zərbə endirmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır. Belə şeylər açıqlanmır. Raketlər özləri hər şeyi açıqlayacaq”.

Rusiya Xarici İşlər Nazirliyindən isə məsələ ilə bağlı qeyd edilib ki, Ukraynanın Rusiya ərazisinə yüksək dəqiqlikli Qərb silahları ilə zərbələr endirməsi Putin tərəfindən bildirildiyi kimi, NATO ölkələrinin müharibədə birbaşa iştirak etməsi anlamına gələcək, Rusiya da buna adekvat reaksiya verəcək.

Trampın oğlu Donald Tramp Jr. da məlum məsələyə münasibət bildirib. Qeyd edib ki, hərbi-sənaye kompleksi dünyanı Üçüncü Dünya müharibəsinə sürükləməyə çalışır.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə açıqlamasında deyib ki, ABŞ-nin Rusiyanın dərinliklərinə raket zərbələri endirmək üçün icazə verməsi Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olan misli görünməmiş addımdır. Lakin Rusiyanın cavabı dərhal olacaq:

“Bu, Üçüncü Dünya müharibəsinin başlanması istiqamətində çox böyük addımdır və amerikalılar bunu iki aydan sonra heç nəyə cavabdeh olmayacaq, gedən qocanın əli ilə edəcəklər”.

Polşanın Baş naziri Donald Tusk da məsələyə biganə qalmayıb. O qeyd edib ki, növbəti həftələr təkcə müharibənin özü üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 258 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 258 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 258 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 258 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 258 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 258 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 258 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 258 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 258 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 258 baxış
Seçilmişlər
icon