Pleyeri seçin:

“3 min il sonra ilk dəfə...” | Trampın xalqa müraciətində vacib mesajlar - Baku TV

18 dekabr 2025 569 baxış

ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edib.

O, çıxışında iqtisadi sahədə əldə etdiyi nailiyyətləri sadalamaqla kifayətlənib.

Problemlərdən söhbət açan lider nitqinə keçmiş prezident Co Baydenin administrasiyasını tənqid etməklə başlayıb:

“11 ay öncə mənə miras olaraq xaos qaldı və hazırda onu düzəltməyə çalışıram. Bir il əvvəl ölkəmiz demək olar ki, məhv olmuşdu. Biz tamamilə ölmüşdük. İndi isə dünyanın ən qaynar ölkəsiyik”.

D.Tramp 10 dəqiqədən artıq müddətdə Co Bayden administrasiyasını hədəf alaraq iqtisadi tənəzzül, artan cinayətkarlıq, miqrasiya böhranı və səhiyyə problemlərini demokratların idarəçiliyinin nəticəsi kimi təqdim edib.

Prezident ikinci dəfə hakimiyyətə gəlişindən sonra iqtisadi göstəricilərin yaxşılaşdığını vurğulayıb.

O, ölkəyə narkotik axınının azaldığını və Yaxın Şərqdə, xüsusilə Qəzzada münaqişənin sona çatmasında rolunu ön plana çıxarıb:

“Dünyanın ən güclü hərbi sistemi bizimdir. Mən Amerika qüvvələrini bərpa etdim, 3000 ildən sonra ilk dəfə yaxın Şərqə sülh gəldi, Qəzzada müharibəyə son qoydum”.

Siyasi analitiklər D.Trampın bu bəyanatlarını beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajdan daha çox daxili auditoriyaya hesablanmış çıxış kimi qiymətləndirir. Xüsusilə Konqresdə demokratlarla davam edən qarşıdurma və xarici siyasətə artan tənqidlər fonunda Prezident diqqəti iqtisadi göstəricilərə yönəltməyə çalışıb.

D.Tramp bildirib ki, prezidentliyi dövründə qiymətlərin endirilməsində əhəmiyyətli irəliləyişlər əldə edilib.

O, 11 ay ərzində ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya axını təmin etdiyini və tətbiq olunan rüsumların rolunu vurğulayıb:

“Bu uğurun böyük hissəsi rüsumlar vasitəsilə əldə edilib. Rüsumlar mənim ən sevdiyim sözdür”.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 569 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 569 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 569 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 569 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 569 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 569 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 569 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 569 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 569 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 569 baxış
Seçilmişlər
icon