ABŞ-dən sensasiyalı əməliyyat | Tramp öldürülən lider barədə açıqlama verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsindəki paylaşımında deyib.
"Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika hərbçiləri və Nigeriya Silahlı Qüvvələri dünyanın ən fəal terrorçusu – Əbu Bilal əl-Minukinin döyüş meydanından kənarlaşdırılması üzrə diqqətlə hazırlanmış və son dərəcə mürəkkəb əməliyyatı qüsursuz şəkildə həyata keçirdilər", – deyə Ağ Ev lideri yazıb.
D.Tramp onu da qeyd edib ki, Amerika hərbçiləri Vaşinqtonu bu terrorçunun Afrika ərazisindəki bütün hərəkətləri barədə məlumatlandırırdı. ABŞ Prezidentinin sözlərinə görə, onun məhv edilməsindən sonra İŞİD-in fəaliyyəti əhəmiyyətli dərəcədə sarsıdılıb.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
