ABŞ gəmilərə hücumun qisasını alır | Yəməndə vəziyyət gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə yenidən aviazərbələr endirib.
Bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, hücumlar nəticəsində yaraqlıların yeraltı anbarları, raket bazaları və müşahidə məntəqələri zərərsizləşdirilib.
Ölkənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, ümumilikdə 8 hədəf məhv edilib. ABŞ və Böyük Britaniya husilərin Qırmızı dənizdəki hegemonluq cəhdini pisləyib. Koalisiya qüvvələri “Ənsar-Allah” qruplaşmasına xəbərdarlıq edərək, Qırmızı dənizdə ticarətin sərbəst axınını müdafiə etmək üçün bütün lazımi addımları atmaqdan çəkinməyəcəklərini də bildirib.
Məlumata görə, Pentaqon artıq husilərə qarşı "mütənasib və zəruri zərbələrin əlavə raundu" planını təsdiqləyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də hadisəyə reaksiya verərək ölkəsinin Yəmənə olan münasibətini bir daha dilə gətirib:
“Biz Yəmənin yol verdiyi özbaşınalığı dəstəkləmirik və Qırmızı dəniz hövzəsində yaşanan istənilən təhdidlərin qarşısının alınmasını vacib və mütləq hesab edirik. Regionda baş qaldıran husilər, HƏMAS, Hizbullah və digər silahlı qruplaşmaların bütün bəşəriyyət naminə zərərsizləşdirilməsinin və konflikt ocaqlarının söndürülməsinin tərəfdarıyıq. Bu istiqamətdə bütün vacib tədbirləri görürük”.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
