ABŞ hərəkətə keçir | İranda daxili parçalanma: Əraqçini kimlər “aradan götürmək” istəyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.
Bir tərəfdən İranın daxilində siyasi qarşıdurma dərinləşir, digər tərəfdən Vaşinqton İranla bağlı hərbi və diplomatik ssenariləri paralel şəkildə masaya qoyur.
İlk diqqətçəkən məqam İran hakimiyyətinin yuxarı eşelonunda yaşanan qarşıdurmadır.
Məlumata görə, Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf xarici işlər naziri Abbas Əraqçinin vəzifədən uzaqlaşdırılmasını istəyirlər. Səbəb isə onun ABŞ ilə aparılan danışıqlarda siyasi rəhbərlikdən daha çox SEPAH komandanlığı ilə koordinasiyalı hərəkət etməsidir.
Bu isə İran daxilindən gələn çox mühüm siyasi siqnaldır. Məsələ təkcə bir nazirin taleyi deyil, burada əsas məsələ mülki hakimiyyətlə təhlükəsizlik strukturları arasında nüfuz savaşıdır.
Onda belə bir sual yaranır. İranın xarici siyasət kursunu kim müəyyən edir, seçilmiş siyasi rəhbərlik, yoxsa SEPAH?
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
