Pleyeri seçin:

ABŞ İrandan kömək istədi | Yəmən Ordusu nəyə hazırlaşır?

14 mart 2024 551 baxış

ABŞ ilə İranın husi hərbi qruplaşmasına qarşı gizli danışıqlar apardığı məlum olub.

Ölkənin “Financial Times” nəşrinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar ayında rəsmi Vaşinqton Omanın vasitəçiliyi ilə İranla gizli danışıqlar aparıb. ABŞ rəsmi Tehranın hərbi qruplaşmaya təzyiq göstərməsini və Qırmızı dənizdəki gəmilərə hücum etməyin dayandırılmasını tələb edib.

Sözügedən müzakirələrdə ABŞ-nin nümayəndə heyətindən Prezident Administrasiyasının Yaxın Şərq üzrə müşaviri Bret Makqurk, İran tərəfini isə xüsusi nümayəndə Abram Peyli və ölkənin xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. Prezident Administrasiyası İran yönümlü qruplaşmaların iştirak etdiyi hücumların miqyasını azaltmaq məqsədilə diplomatik yollara əl atıb.

ABŞ-nin İrandan kömək istəməsi fonunda hərbi qruplaşmanın sözçüsü Yəhya Sariye Yəmən Ordusunun geri addım atmaq niyyətinin olmadığını və əməliyyatların daha da gücləndiriləcəyini açıqlayıb:

"Yəmən Ordusunun dəniz qüvvələri Qırmızı dənizdə ABŞ-yə məxsus "Pinocchio" gəmisinə qarşı dəniz raketləri ilə əməliyyat həyata keçirib. Hədəf dəqiqliklə vurulub. Yəmən Silahlı Qüvvələri Fələstin xalqına və Qəzza zolağındakı qardaşlarımıza dəstək və yardım məqsədilə Ramazan ayında hərbi əməliyyatlarının miqyasını daha da artıracaq".

“Ənsar Allah” təşkilatı İsrail ilə HƏMAS hərbi qruplaşmasının oktyabrın 7-də münaqişəyə daxil olduğu andan etibarən Qırmızı dənizdə hücumlar həyata keçirir. Qruplaşma lideri bu hücumların Fələstin xalqına dəstək məqsədi daşıdığını vurğulayıb.

Banner
Vaşinqton Tehrana qarşı hansı yeni ssenarini hazırlayır? - Baku TV

Vaşinqton Tehrana qarşı hansı yeni ssenarini hazırlayır? - Baku TV

Dünya
09 oktyabr 2026 551 baxış
Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dünya
09 oktyabr 2026 551 baxış
Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Dünya
09 oktyabr 2026 551 baxış
İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

Dünya
09 oktyabr 2026 551 baxış
Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Dünya
09 oktyabr 2026 551 baxış
Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Dünya
09 oktyabr 2026 551 baxış
Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Dünya
09 oktyabr 2026 551 baxış
Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Dünya
09 oktyabr 2026 551 baxış
Qədim istehkam turistləri cəlb edir

Qədim istehkam turistləri cəlb edir

Dünya
09 oktyabr 2026 551 baxış
32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

Dünya
09 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon