Pleyeri seçin:

ABŞ İsrailə yardımı dayandırır? | Baydenin Netanyahudan gözləntisi

05 aprel 2024 337 baxış

Son günlərdə İsrail-ABŞ münasibətlərində HƏMAS hərbi qruplaşması ilə müharibə fonunda ciddi fikir ayrılıqları yaranıb.

Aprelin 2-də İsrail Ordusunun əməliyyatı nəticəsində “World Central Kitchen” xeyriyyə təşkilatının 7 işçisinin öldürülməsi isə tərəflər arasında yaranan gərginliyi daha da dərinləşdirib.

ABŞ Prezidenti Cozef Bayden Qəzzada dərhal atəşkəsin əldə edilməsinə çağırış edib və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ölkəsinin mövqeyini ona bir daha xatırladıb.

Müharibə başlayandan indiyədək ilk dəfə olaraq C.Bayden həmkarına ciddi xəbərdarlıq edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də rəsmi Təl-Əvivdən yaxın saat və günlər ərzində nəzərəçarpacaq addımlar atmasını tələb edib.

Bildirilib ki, əgər İsrail rəsmiləri məsələ ilə bağlı heç bir qərar qəbul etməsələr, dəyişiklikləri həyata keçirən tərəf ABŞ özü olacaq:

“Prezident Baş nazir Netanyahu ilə telefon danışığında humanitar işçilərə qarşı törədilən cinayətin və Qəzzada ümumi humanitar vəziyyətin qəbuledilməz olduğunu vurğuladı. O, İsraildən humanitar işçilərin təhlükəsizliyini təmin etməsi üçün bir sıra konkret addımlar atmasını tələb etdi. Ölkə başçısı ABŞ-nin Qəzza ilə bağlı siyasətinin İsrailin yaxın gələcəkdəki addımlarına bağlı olduğunu açıqladı”.

ABŞ-nin İsraildən gözlədiyi addımlar arasında Qəzzaya daxil olan yardımın həcminin artırılması, yardımın göndərilməsi üçün əlverişli şəraitin yaradılması və mülki şəxslərin müdafiəsi öz əksini tapıb. Bütün bunlara baxmayaraq, rəsmi Vaşinqtonun Təl-Əvivlə bağlı siyasəti hələlik dəyişməyib.

Qəzzada “World Central Kitchen” xeyriyyə təşkilatının 7 işçisinin öldürüldüyü gün ABŞ xeyli sayda silah-sursatın İsrailə təhvil verilməsini həyata keçirib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 337 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 337 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 337 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 337 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 337 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 337 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 337 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 337 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 337 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 337 baxış
Seçilmişlər
icon