ABŞ Maduronu necə ələ keçirdi? – Dünya gündəmini zəbt edən xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Venesuela Prezidenti Maduronu iki saatlıq əməliyyatla heç bir müqavimətlə qarşılaşmadan ölkədən çıxarması dünya gündəmindəki yerini qorumaqdadır.
Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon müvəqqəti prezident təyin olunmuş Delsi Rodriqesi “Maduroya xəyanət edən şəxs” adlandırıb.
“Mən onun Maduronu təhvil verdiyinə tamamilə əminəm”, – deyə o qeyd edib.
Kalderonun sözlərinə görə, Rodriqes özünü ABŞ administrasiyasına “Maduro rejiminə məqbul alternativ” kimi təqdim edib.
Qeyd edək ki, Maduronun heç bir müqavimətlə qarşılaşmadan həbs olunması Rodriqesin roluna dair şübhələri daha da artırıb.
ABŞ-nin Venesuelaya endirdiyi hava zərbələrindən və Maduronun saxlanılmasından sonra Delsi Rodriqes Milli Assambleyada and içərək müvəqqəti prezident kimi səlahiyyətlərinin icrasına başlayıb. Venesuela Ali Məhkəməsi isə Maduronun vəzifələrini icra edə bilməməsini əsas gətirərək ölkədə inzibati davamlılığın və təhlükəsizliyin təmin olunması məqsədilə prezident səlahiyyətlərinin müvəqqəti olaraq Rodriqesə verilməsi barədə qərar qəbul edib. Venesuela Ordusu da bu qərarı dəstəklədiyini açıqlayıb.
Solçu siyasi ailədən olan və Huqo Çaves dövründən etibarən müxtəlif dövlət vəzifələrində çalışan 57 yaşlı Delsi Rodriqes 2017-ci ildən Venesuelanın vitse-prezidenti vəzifəsini tuturdu.
#Nikolas Maduro teqi istifadə olunub
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Aylar sonra Maduronun həbsdən ilk görüntüsü yayıldı - Baku TV
- Venesuelada Maduronun adı siyasətlə yanaşı artıq küçələrdən də silinməyə başlayıb - Baku TV
- Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib - Baku TV
