ABŞ nəşrindən sensasiyalı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzza zolağında HƏMAS döyüşçülərinin gizləndiyi yeraltı tunellər sistemini dəniz suyu ilə doldurmaq barədə düşünür.
Bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən plan ekoloji fəlakətlə nəticələnə və anklavda şirin su ehtiyatı ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər.
Tunellərin dəqiq sukeçirmə səviyyəsinin bizə məlum olmadığını nəzərə alsaq, bu cəhdin torpağa və qrunt sularına təsirini hesablamaq, eyni zamanda anklavda su təchizatı və kanalizasiya sistemlərinin aqibətinin necə olacağını təxmin etmək demək olar ki, mümkünsüzdür.
Bundan əlavə, İsrailin planı baş tutarsa, daşqın nəticəsində tunellərdə yerləşən təhlükəli maddələrin torpağa daxil olması ehtimalı var.
Nəşrin yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələri noyabrın ortalarında Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyasının quraşdırılmasına nail olub. Bu qurğular Aralıq dənizindən saatda minlərlə kubmetr su çəkərək tunelləri bir neçə həftə ərzində su ilə doldurmağa qadirdir.
Qeyd edək ki, rəsmi Tel-Əviv indiyədək belə bir addımın atılacağı barəsində yekun qərar verməyib. Lakin nəşrin iddiasına görə, İsrail hakimiyyəti tunellərin su ilə doldurulmasına nail olsa, bu, ABŞ prezidenti və onun administrasiyasını çətin vəziyyətə sala və bütün dünyanın qınağına səbəb ola bilər.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
