Pleyeri seçin:

ABŞ-nin iki əsas məqsədi var | Ermənistanın dərs çıxarmalı olduğu nüans isə...

26 mart 2025 440 baxış

“ABŞ Prezidenti Donald Tramp administrasiyası Cənubi Qafqaz regionuna üstünlük vermir. Vaşinqton bütünlüklə iki prioritet üzərində cəmlənib: birincisi, Ukraynadakı münaqişənin həlli, ikincisi, Yaxın Şərq”.

Bunu Ermənistanın Mədəniyyət və Elm Tərəfdaşlığının üzvü Kristin Arakelyan deyib.

"Öz növbəsində, Yaxın Şərqdə iki məsələ var: biri Qəzza və İordan çayının qərb sahili ilə, digəri isə İranla bağlıdır. Ermənistan mövcud prioritetlərə uyğunlaşmağa çalışmalı və onunla əməkdaşlığın ABŞ prioritetlərini irəli apara biləcəyini iddia etməlidir. Məsələn, Tramp administrasiyası indi İranla dialoq imkanları axtarır.

Məlumat yayılıb ki, Putin ABŞ hökumətinə İranla danışıqlarda vasitəçilik təklif edib. İranla danışıqlar İsrailin təcavüzkar siyasətinə qarşı tarazlıq yaratmaq üçün vacibdir, çünki İsrail açıq-aşkar ABŞ-ni müharibəyə sürükləməyə çalışır. Sual olunur: niyə İranla danışıqlarda vasitəçi olmaq təklifi Ermənistanın özündən deyil, Rusiyadan gəlir?", ‒ o bildirib.

Onun sözlərinə görə, İrəvan Rusiya və Çinlə münasibətlərdə ABŞ üçün əhəmiyyətini hələ də Vaşinqtona nümayiş etdirməyib:

"Tramp administrasiyası Kissincer strategiyasını həyata keçirməyə çalışır, ona görə də gəlin, tərs Kissincer strategiyasından başlayaq, yəni Çini zəiflətmək üçün Rusiyaya baxmaq. Məsələ ondan ibarətdir ki, Ermənistan necə bunun mühüm tərkib hissəsinə çevrilə bilər. Hazırda Gürcüstanda həlledici rolu öz üzərinə götürən Çinə qarşı Azərbaycan və Türkiyə həmrəydir. Ona görə də Ermənistan bu məsələni həll etməli və Amerika administrasiyası ilə işləməlidir.

Məsələn, Konqo Demokratik Respublikası ABŞ-yə nadir torpaq metalları ilə bağlı sazişi nəzərdən keçirməyi təklif edib. Bildiyimə görə, İrəvan ABŞ hökumətinə Zəngəzura diqqət yetirməyi və nadir faydalı qazıntıların çıxarılmasında əməkdaşlıq etməyi və ya Mərkəzi Asiyadan nadir mineralların Ermənistan ərazisindən keçməklə Avropa və Amerika bazarlarına çatdırılması imkanlarını nəzərdən keçirməyi təklif etməyib".

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 440 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 440 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 440 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 440 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 440 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 440 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 440 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 440 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 440 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 440 baxış
Seçilmişlər
icon