ABŞ-nin İraqdakı hərbi bazasına hücum edildi | Ağ Evdən təcili bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İraqdakı hərbi bazasına raket hücumu edilib.
Hadisə nəticəsində azı 7 hərbçi və bir neçə mülki şəxs yaralanıb.
Ölkənin qərbində yerləşən və Vaşinqtonun istifadəsində olan Əl-Əsəd hava bazasına edilən hücum faktını İraq təhlükəsizlik rəsmiləri təsdiqləyib. Lakin regiondakı hərbi qruplaşmalardan heç biri məsuliyyəti üzərinə götürməyib. Yerli mətbuatın məlumatına görə, hərbçilərin xəsarətləri kritik səviyyədə deyil.
Ağ Ev də məsələ ilə bağlı bəyanat yayıb. “Əsas diqqət İranın və onun müttəfiqlərinin İsrailə və regiondakı ABŞ hərbçilərinə qarşı təhdidlərə yönəldilib. Prezident və vitse-prezident İraqdakı aviabazaya edilən hücumla bağlı məlumatlandırılıblar. Onlar ordumuzun müdafiəsi və şəxsi heyətimizə qarşı istənilən hücuma seçdiyimiz üsulda və məkanda cavab vermək məqsədilə ata biləcəyimiz addımları müzakirə ediblər”, – deyə Ağ Evdən bildirilib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
