ABŞ-nin milyonlar ayırdığı şəxs raket altında qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin HƏMAS-ın Livanın paytaxtı Beyrutda yerləşən qərargahına endirdiyi aviazərbələr nəticəsində təşkilatın yüksəksəviyyəli nümayəndələri də daxil olmaqla ümumilikdə 7 üzvü həlak olub, 11 nəfər yaralanıb.
Xarici medianın xəbərinə görə, ölənlər arasında təşkilatın İordan çayının Qərb sahilindəki nümayəndəsi olan Saleh əl-Aruri də var.
Məlumat üçün bildirək ki, Saleh əl-Aruri HƏMAS-ın liderlərindən biri, onun hərbi qanadı olan “İzzəddin Əl-Qəssam” briqadasının yaradıcılarındandır. O, təşkilatın siyasi bürosunda sədr müavini, eyni zamanda İordan çayının qərb sahilindəki hərbi komandanı kimi fəaliyyət göstərib. Saleh əl-Aruri 15 illik həbs həyatından sonra Livana gedərək ölənə kimi orada yaşayıb.
Onun haqqında yayılan digər məlumat isə İsrail mətbuatında dərc olunub. Xəbərə görə, ABŞ hakimiyyəti Saleh əl-Aruri haqqında informasiya əldə etmək üçün 5 milyon dollar məbləğində mükafat təyin edib. Buna səbəb isə onun HƏMAS-ın bir çox hərbi əməliyyatlarını maliyyələşdirməsi və onlara nəzarət etməsi, eyni zamanda çoxsaylı terror hücumları və insan alveri ilə əlaqəsinin olmasıdır.
İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail-HƏMAS münaqişəsi başlamazdan əvvəl Saleh əl-Arurini öldürməklə hədələməsi də yayılan xəbərlər sırasındadır.
Məlumat üçün onu da bildirək ki, İsrail Ordusunun Beyruta endirdiyi zərbələr nəticəsində həlak olanlardan biri də “İzzəddin Əl-Qəssam” briqadasının hərbi komandiri və Əbu Amer kimi tanınan Samir Fəndidir.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
