ABŞ-nin zərbəsindən sonra təcili iclas keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Tehran ABŞ-nin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasının təcili iclasını çağırıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu gün müharibə edən tərəflərin xeyrinə açıq qərəzli mövqe nümayiş etdirən və bununla da fəlakətə səbəb olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və şəxsən baş direktor Rafael Qrossinin məsuliyyəti həmişəkindən daha aydındır. Biz Agentliyin Rəhbərlər Şurasını fövqəladə iclas keçirməyə və ABŞ-nin İranın nəzarəti altında olan nüvə obyektlərinə təhlükəli hücumu ilə bağlı qanuni öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – məlumatda vurğulanır.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyekti hücuma məruz qalıb.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
