Pleyeri seçin:

ABŞ qisasa hazırlaşır | İrana hücum ediləcək?

30 yanvar 2024 169 baxış

“Biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik”.

Bu fikirləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden sosial media hesabında yazıb.

Bildirib ki, Ağ Ev İordaniyadakı qüvvələrinə hücuma cavab variantları nəzərdən keçirir.

ABŞ-nin dövlət katibi Entoni Blinken də C.Baydenin paylaşımına münasibət bildirib. O, jurnalistlərə açıqlamasında həmçinin Yaxın Şərqdəki vəziyyəti də təhlil edib:

"Biz 1973-cü ildən bəri Yaxın Şərqdə indi üzləşdiyimiz kimi təhlükəli vəziyyət görməmişik. Biz belə bir şəraitdə fəaliyyətimizi davam etdiririk. ABŞ-ni bu işi görməyə oktyabrın 7-də İsrail Ordusuna qarşı edilən hücumlar təşviq edib.

Biz yalnız özümüzü və tərəfdaşlarımızı müdafiə etmək, həmçinin Yaxın Şərqdə eskalasiyanın qarşısını almaq üçün addımlar atmışıq. Prezident məsələ ilə bağlı aydın şəkildə bildirdi ki, biz istənilən hücuma qarşı layiqincə cavab verəcək və qoşunlarımıza hücum edən hər kəsi məsuliyyətə cəlb edəcəyik. Bu isə bizim seçdiyimiz vaxt və məkanda baş tutacaq.

Eyni zamanda biz həm Qəzzadakı münaqişə, həm də regionda davamlı sülh və təhlükəsizliyin qurulması məqsədilə Yaxın Şərqdəki məqsədlərimizi də nəzərə alırıq. Həm İraqda, həm də Suriyada bizim əsgərlərimiz İranın dəstəklədiyi və maliyyələşdirdiyi qruplar tərəfindən hücuma məruz qalıb.

Onu da qeyd etmək istəyirəm ki, qüvvələrimizin İraqda və Suriyada keçirdiyi əməliyyatların Qəzza münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, yanvarın 28-də ABŞ-nin İordaniyadakı bazasına edilən PUA zərbəsi nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi yaralanıb. Hücumun məsuliyyətini isə İraqdakı İrana bağlı “İslam müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 169 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 169 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 169 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 169 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 169 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 169 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 169 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 169 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 169 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 169 baxış
Seçilmişlər
icon