ABŞ Yaxın Şərqdə hərəkətə keçdi | Yəməndəki hücumla bağlı təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Hava Qüvvələrinə aid F-22 qırıcıları İran və İran dəstəkli qrupların yaratdığı təhdidlərə cavab vermə tədbirləri çərçivəsində ABŞ Mərkəzi Komandanlığının məsuliyyət sahəsinə çatıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” platformasındakı hesabında bildirilib.
Bundan əlavə, ABŞ hərbçiləri Yəməndə husilərə məxsus ərazilərdə iki raketi və idarəetmə stansiyasını məhv edib. Həmçinin Qırmızı dənizdə bir suüstü dron zərərsizləşdirilib.
“Bu silahlar ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün aşkar və birbaşa təhlükə yaradıb”, – deyə Mərkəzi Komandanlıq görülən tədbirlər barədə bildirib.
Həmçinin Amerika tərəfi qeyd edib ki, İranın dəstəklədiyi husilərin bu məsuliyyətsiz və təhlükəli davranışı regional sabitlik və təhlükəsizliyi təhdid etməyə davam edir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
