Ağ Ev rəhbəri ABŞ və İran ordularının vəziyyətini müqayisə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Donald Tramp ABŞ və İran Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Hava Hücumundan Müdafiə sistemlərinin vəziyyətini müqayisə edib.
O bununla bağlı “Truth Social”da foto paylaşıb.
Fotoda Seyid Əli Xameneinin öldürüldüyü, İranın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərinin tamamilə məhv edildiyi, ABŞ-nin isə 100 % döyüş hazırlığı vəziyyətində olduğu iddia edilir.
Bu arada SEPAH Hörmüzdəki vəziyyətlə bağlı açıqlama verib.
Qeyd olunub ki, boğazdan heç bir tanker və ya ticarət gəmisi keçməyib.
Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından iki ticarət gəmisinin keçidinə dair iddiaları əsassız və yalan adlandırılıb.
“SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən bəyan edilən prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunu pozan gəmilər saxlanılacaq” – deyə SEPAH xəbərdarlıq edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
