Aİ, ABŞ və Ermənistan rəsmiləri görüşdən əvvəl mətbuat konfransında nə danışdılar?
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı-Ermənistan görüşü baş tutub.
Ermənistanın Baş naziri Nikol Paşinyan, Amerika Birləşmiş Ştatları Dövlət Katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyn, Avropa İttifaqının Xarici məsələlər üzrə Ali komissarı Cozef Borrel görüşdən sonra bəyanatlarla çıxış ediblər.
Ursula fon der Leyn bildirib ki, Avropa Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır. O həmçinin qeyd edib ki, təşkilat 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.
Entoni Blinken də çıxış edərək qeyd edib ki, Ağ Ev Ermənistan Baş nazirinin idarəçiliyinə və iqtisadi islahatlara uyğun olan səylərə sərmayə qoyur və İrəvana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
