Aİİ sammitində Lukaşenko və Paşinyan arasında gərgin anlar yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər.
Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb.
“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətinizi biz gətirərik”, – Lukaşenko bildirib.
Paşinyan buna cavab olaraq deyib ki, bu barədə artıq bəyanatla çıxış edib və o qüvvədədir.
“Hesab edirəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil. Siz bu məsələyə toxundunuz və mən dərhal reaksiya verməli idim ki, heç bir anlaşılmazlıq olmasın”, – o əlavə edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri bundan əvvəl koronavirusa yoluxduğu üçün indiki Aİİ sammitində videoformatda çıxış edib. Lukaşenko isə tədbirdə şəxsən iştirak edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
