“Al-Monitor”: İsraildə İranla bağlı fikir ayrılığı yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin hərbi-siyasi rəhbərliyində ABŞ-nin İranla danışıqlarının perspektivləri ilə bağlı fikir ayrılığı yaşanır, komanda daxilində bu məsələ üzrə vahid aydın mövqe yoxdur.
Bu barədə “Al-Monitor” İsrail hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Ölkə rəhbərliyi hazırda İsrailin Vaşinqton üzərində Tehranla danışıqlar məsələsində çox az təsir rıçaqları olduğu ilə razıdır. Amma hərbi kabinetin bir hissəsi danışıqlar prosesini prinsipial olaraq pozmağı təklif edir. Bu fikirdə olanlar İranla nüvə proqramı və ümumi təhlükəsizlik məsələləri üzrə razılaşmaları mümkün hesab etmirlər.
İsrail hökumətində sərt mövqedə olanlar ABŞ-nin İrana zərbə endirməsini dəstəkləyir, bu baxımdan ABŞ-yə geniş kəşfiyyat dəstəyi göstərməyə hazır olduqlarını bildirir və birgə hərbi əməliyyat keçirməyi təklif edirlər.
Nəşrin məlumatına görə, İsrail ABŞ-dən İrana qarşı əməliyyat azadlığı təmin etməsini istəyib.
Danışıqları dəstəkləyən tərəflər arasında da fikirlər bölünüb. Onların bir hissəsi hesab edir ki, Vaşinqton yalnız nüvə proqramı üzrə deyil, həm də ballistik raketlər və yəhudi dövləti üçün təhlükələr üzrə əhatəli razılaşmalar əldə etməlidir. İsrail rəhbərliyinin digər nümayəndələri isə belə bir mövqenin danışıqlar prosesini pozmaq təhlükəsi yaratdığını və ABŞ-nin minimal tələblərə fokuslanmasının daha doğru olacağını düşünür.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
