Amerika pambığı özbək tekstil sənayesinə gəlir | Yeni dövr başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan ABŞ-dən yüksəkkeyfiyyətli pambıq almağı planlaşdırır.
Bu barədə respublikanın İnvestisiya və Sənaye Nazirliyi məlumat yayıb.
İnvestisiya və Sənaye Nazirliyinin Xarici Ticarət Departamentinin rəhbəri İnomjon Abdurahmanovun sözlərinə görə, ölkə Özbəkistan tekstilinin dünya bazarlarında mövqeyini yaxşılaşdırmaq niyyətindədir və yerli fermerləri sıxışdırmayacaq.
“Bütün yerli pambıqların artıq zavodlarda emal olunmasına baxmayaraq, müəssisələrin əlavə ehtiyat gücü var. Zavodlardan orta istifadə hazırda cəmi 75 % təşkil edir. Bu o deməkdir ki, sənayenin istifadə olunmamış potensial ehtiyatı var və onu əlavə xammalla doldurmaq olar”, – deyə İ.Abdurahmanov qeyd edib.
Bildirilir ki, yüksəkkeyfiyyətli Amerika pambığı beynəlxalq keyfiyyət standartları və sertifikat tələb edən istehsal müəssisələrinə göndəriləcək.
Bundan əlavə, “Levi's”, “Ralph Lauren”, PVH, “Puma”, “Gap”, “Tesco” və başqa əsas brendlər kolleksiyaların bir hissəsinin sertifikatlı pambıqdan hazırlanmasını tələb edir.
İ.Abdurahmanov vurğulayıb ki, Amerika pambığı ABŞ Kənd Təsərrüfatı Departamentinin kredit zəmanəti və 18 aya qədər ödəniş təxirə salınmasını nəzərdə tutan “GSM-102” proqramı çərçivəsində tədarük ediləcək.
Qeyd edək ki, vaxtilə Özbəkistan pambığı SSRİ-nin əksər tekstil fabriklərini mahlıcla təmin edirdi və pambıq xammalı dünya ölkələrinə ixrac edilirdi.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
