Antonio Quterreşdən Krım və Donbasla bağlı diqqətçəkən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Krım və Donbası işğalını millətlərin öz müqəddəratını təyin etmə hüququna istinad edərək haqlı çıxarmaq cəhdlərini rədd edib.
Rusiyalı jurnalist Quterreşdən BMT-nin Krım və Donbası millətlərin öz müqəddəratını təyin etmə prinsipinin tətbiq olunmalı olduğu məsələ kimi nəzərdən keçirə bilib-bilməcəyini soruşub.
Onun cavabı belə olub: "İki vacib prinsip var. Birincisi, dövlətlərin ərazi bütövlüyü. Digəri isə xalqların öz müqəddəratını təyin etməsidir".
O, BMT-nin Hüquqi İşlər İdarəsinin rəyinə istinad edərək, əlavə edib ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız bir sıra zəruri şərtlər yerinə yetirildikdə mümkündür:
"Biz öz müqəddəratını təyin etmə prinsipinin Krım və Donbasa tətbiq edilə bilməyəcəyi qənaətinə gəldik və buna görə də bu vəziyyətdə Ukraynanın ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir".
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
