Pleyeri seçin:

Avropa İttifaqı suriyalı qaçqınlarla bağlı hərəkətə keçdi | Detallar açıqlandı

16 dekabr 2024 189 baxış

Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra Avropa ölkələri bu ərəb respublikasından olan qaçqınlara sığınacaq verməkdən imtina edirlər.

Xarici media xəbər verir ki, bəzi hökumətlər hətta deportasiya proqramları da hazırlayır.

BMT və Avropa xeyriyyə təşkilatları insanları miqrantlardan üz çevirməməyə çağırır. Bununla belə, Avropa İttifaqı miqrasiya böhranının yeni dalğasından qorxur və riskə getməyə hazır deyil.

Bildirilir ki, Avropa Birliyi səlahiyyətliləri Bəşər Əsəd rejiminin süqutundan dərhal sonra suriyalı qaçqınlarla əlaqə saxlamağa başlayıblar. Hazırda 10 Avropa ölkəsi Suriya vətəndaşları tərəfindən edilən 60 mindən çox sığınacaq müraciəti ilə bağlı qərarları dayandırmağa başlayıb.

Bunlardan birincisi Avropadakı suriyalı miqrantların sayına görə lider olan Almaniya olub. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin oktyabrına qədər bütün Avropa üzrə sayları 1,3 milyon nəfər olan suriyalı qaçqınların 1 milyonu Almaniyaya sığınıb. Danimarka, Norveç, Yunanıstan, İsveç, Finlandiya, Böyük Britaniya, İsveçrə, Niderland, İtaliya və Avstriya bu ərəb respublikasından olan qaçqınlardan imtina etmək qərarına gəliblər.

Bu dövlətlərin hakimiyyət orqanları son beş il ərzində sığınacaq almış miqrantlar üçün nizamlı repatriasiya və deportasiya proqramının tətbiq edildiyini elan ediblər. Bu, ilk növbədə cinayətkarlara, yalnız sosial müavinətlə yaşayanlara və “Avropanın mədəni dəyərlərinə uyğunlaşmaq istəməyənlərə” təsir edəcək.

Eyni zamanda Almaniya Kansleri Olaf Şolts ölkədə müntəzəm işləyən və yaxşı inteqrasiya olunmuş şəxslərin deportasiyadan təsirlənməyəcəyini izah edib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 189 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 189 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 189 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 189 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 189 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 189 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 189 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Seçilmişlər
icon