Pleyeri seçin:

Az işləyib, çox yeyən bəxtəvərlər | Avropa şəhərində "Novruz" necə qeyd olunur? | ORALARDA NECƏDİR

25 noyabr 2025 489 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 4247 kilometr uzaqda Aralıq dənizi sahilində yerləşən tarixi və gözəl şəhər – Valensiyadan bəhs olunub.

Valensiyanın əsası eramızdan əvvəl 138-ci ildə romalılar tərəfindən qoyulsa da, əvvəllər bu yerlərdə karfagenlilər və yunanlar kök salıbmış. Eramızın 714-cü ilində şəhər mavrların işğalına məruz qalır və islam xaqanlığı altında daha da inkişaf edir.

1094-cü ildə Sid Kompeador adı ilə məşhur ispan sərkərdəsi buranı mavrların işğalından azad edir. Sonrakı dövrlərdə də şəhər müsəlmanlar və xristianlar arasındakı münaqişələrə meydan olur.

Dünyanın hər yerində səhərlər hər kəs işə getmək üçün tələsərkən, valensiyalılar saat 7-də yuxudan durub qəhvə içmək üçün yaxınlıqdakı kafelərə gedirlər. Saat 8-in yarısı ilk qəhvələrini içən və yüngül səhər yeməklərini yeyən bəxtəvər Valensiya sakinləri saat 8-də işdə olurlar.

Məsələ bununla bitmir. Saat 9-da yenidən kiçik bir fasilə verərək səhər yeməyinin davamı başlayır. Bu da uzağı bir saat çəkir. Saat 1-dən 2-yə qədər isə nahardır. Bundan sonra siesta başlayır və bu da saat 4-ə qədər davam edir.

Valensiyada dövlət qulluğunda çalışmaq hər bir sakinin əsl arzusudur. Hətta bu küçə süpürən olsa belə. Belə işçilərin sosial paketləri, imtiyazları var və onları işdən çıxarmaq, demək olar ki, mümkün deyil. Deyirlər ki, dövlət qulluğuna işə düzəlmək üçün dostun və ya tanışın olmalıdır. Maaşlar da pis deyil. Ortabab iş üçün əməkhaqqı 1500 avro təşkil edir. Bu bizim pulla 2963 manat edir.

Valensiya rəngarəng şəhərdir, öz adətləri var. Əvvəllər yaz girəndə köhnə əşyaları evdən çıxararaq yandırmaq adəti var idi. Müasir dövrümüzdə bu adəti hər kəs yerinə yetirməsə də, şəhərlilər bu ənənəni yaşadırlar. Bizim Novruz bayramımızda tonqal qalanır, onlarda isə yüzlərlə böyük və rəngarəng heykəllər düzəldilir ki, sonra yandırsınlar. Necə deyərlər, Novruz hər yerdə bu və yaxud digər şəkildə qeyd olunur. 

Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV

Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV

Dünya
30 sentyabr 2026 489 baxış
İranın mümkün qərarı beynəlxalq münasibətləri necə dəyişə bilər? - Baku TV

İranın mümkün qərarı beynəlxalq münasibətləri necə dəyişə bilər? - Baku TV

Dünya
30 sentyabr 2026 489 baxış
Qahirədən kritik mesaj | Hücumdan əvvəl Təl-Əvivə hansı məlumat ötürüldü? - Baku TV

Qahirədən kritik mesaj | Hücumdan əvvəl Təl-Əvivə hansı məlumat ötürüldü? - Baku TV

Dünya
30 sentyabr 2026 489 baxış
Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV

Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV

Dünya
30 sentyabr 2026 489 baxış
İtkin düşənlərin taleyi onun əlindədir | Cəbhədəki meyitxananın azərbaycanlı rəhbəri - Baku TV

İtkin düşənlərin taleyi onun əlindədir | Cəbhədəki meyitxananın azərbaycanlı rəhbəri - Baku TV

Dünya
30 sentyabr 2026 489 baxış
Rusiyayönlü qüvvələrin fəallaşması İrəvanda siyasi mübarizəni daha da qızışdırdı - Baku TV CANLI

Rusiyayönlü qüvvələrin fəallaşması İrəvanda siyasi mübarizəni daha da qızışdırdı - Baku TV CANLI

Dünya
29 sentyabr 2026 489 baxış
İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazındakı mövqeyini açıqladı - Baku TV CANLI

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazındakı mövqeyini açıqladı - Baku TV CANLI

Dünya
29 sentyabr 2026 489 baxış
ABŞ yenidən hücuma hazırlaşır? - "Bunu bizdən başqa heç kim edə bilməzdi" - Baku TV

ABŞ yenidən hücuma hazırlaşır? - "Bunu bizdən başqa heç kim edə bilməzdi" - Baku TV

Dünya
29 sentyabr 2026 489 baxış
Alimlərin əldə etdiyi yeni tapıntılar qədim sirrə yenidən maraq yaradıb

Alimlərin əldə etdiyi yeni tapıntılar qədim sirrə yenidən maraq yaradıb

Dünya
29 sentyabr 2026 489 baxış
Alimlər mamontların ilk doğuşunu 2030-cu illərin əvvəlinə planlaşdırırlar

Alimlər mamontların ilk doğuşunu 2030-cu illərin əvvəlinə planlaşdırırlar

Dünya
29 sentyabr 2026 489 baxış
Seçilmişlər
icon