Pleyeri seçin:

Bahalı şəhərin sakinləri nə üçün gəmilərdə yaşayır? | ORALARDA NECƏDİR?

30 noyabr 2024 1019 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 4 374 kilometr uzaqda yerləşən, 1922-ci ildə müstəqilliyini elan edən İrlandiyanın paytaxtı Dublin şəhərindən bəhs olunub.

Dublin dünyanın ən bahalı şəhərlərindəndir.

Yaşayış qiymətlərindən danışarkən bu şəhərdə kirayə ev üçün ödəniləcək minimum məbləğ 1 000 avro, bizim pulla 1 787 manatdır. Amma bu məbləği ödəmək üçün kirayənişinlərlə birlikdə qalmaq lazımdır. Evdə tək yaşamaq istəyənlər isə 2 500-4 000 avro ödəməlidirlər. Bu isə 4 469-7 151 manat civarındadır. Dublində yaxşı səmtdə 2 otaqlı evlərin qiyməti 400 min avro, yəni 715 152 manatdır.

Dublin əhalisi evlərin və kirayə qiymətlərinin baha olmasına görə alternativ seçim tapıblar.

Belə ki, bu şəhər İrland dənizi körfəzində yerləşir və buradan Liffey çayı axır. İnsanlar alternativ yaşayış yeri kimi gəmilərdən istifadə edirlər. Burada yükdaşıyan gəmiləri ev kimi döşəyib yaşayanlar az deyil. Elektrik enerjisini isə günəş batareyalarından alırlar. Sözügedən yaşayış yerinin qiyməti isə 10 min avrodan 250 min avroya qədər ola bilir. Bu bizim pulla 17 878-446 970 manat civarındadır.

Burada nikah elə də vacib hesab olunmur. İllərlə birlikdə yaşayan, övladları olan cütlüklər belə münasibətlərini rəsmiləşdirməyə tələsmirlər. Dublində 15 il birlikdə yaşayıb nikah bağlamayan insanlar var.

Boşanmaq üçün isə üç il tamamilə ayrı yaşamaq lazımdır və məhkəməyə bununla bağlı dəlillər təqdim olunmalıdır.

Maraqlıdır ki, Dublində evlər və kirayə çox baha olduğuna görə cütlüklər artıq münasibətdə olmasalar da, bir evdə yaşamağa davam edir, sadəcə çarpayılarını ayırırlar. Belə olduqda isə rəsmi boşanmaq mümkün olmur. Elə bu səbəbdən də irlandiyalılar çox zaman nikaha daxil olmadan uzun müddət birlikdə yaşayırlar. 

Banner
Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Dünya
13 noyabr 2026 1019 baxış
İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

Dünya
13 noyabr 2026 1019 baxış
Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Dünya
13 noyabr 2026 1019 baxış
Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Dünya
13 noyabr 2026 1019 baxış
Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Dünya
13 noyabr 2026 1019 baxış
Okeanın dərinliklərində gizlənən sirr

Okeanın dərinliklərində gizlənən sirr

Dünya
13 noyabr 2026 1019 baxış
İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

Dünya
13 noyabr 2026 1019 baxış
Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Avropa Siyasi Birliyinin sammitində Ukraynaya dəstək təsdiqlənib

Dünya
13 noyabr 2026 1019 baxış
Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Pezeşkian Braziliya Prezidenti ilə görüşüb

Dünya
13 noyabr 2026 1019 baxış
Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Ukrayna tərəfi ilk belə hücumu həyata keçirdiyini bildirir

Dünya
13 noyabr 2026 1019 baxış
Seçilmişlər
icon