Pleyeri seçin:

Baku TV "Azov"çuların döyüş nöqtəsində | Ukraynada son vəziyyət

04 mart 2024 384 baxış

Ukraynada gedən müharibə fonunda göstərdikləri döyüş üstünlüyünə, əsasən də 2022-ci ildə Mariupolun müdafiəsində göstərdikləri dirənişə görə daha çox diqqət çəkən "Azov" briqadası yenidən cəbhənin müxtəlif həlledici nöqtələrində döyüşlərə qatılıb.

Ən həlledici döyüş tapşırıqlarını yerinə yetirən "Azov" briqadasının bölmələrində cəmləşən şəxsi heyətin özünün daxili qaydaları var. Bu hərbi intizam prinsiplərindən tutmuş adi ünsiyyət qaydasına qədər müxtəlif sahələrdə özünü göstərir və ən əsası özləri də etiraf edirlər ki, ölkələrinin ərazi bütövlüyü uğrunda göstərdikləri müqavimətə görə qarşı tərəfin daha çox diqqətindədirlər.

Baku TV-nin əməkdaşı “Azov” briqadasına məxsus döyüş bölüklərindən birində olub və “Azov”çuların döyüş yolu ilə tanış olub.

Müharibənin ilk günlərindən işğalın canlı şahidi olduğunu deyən “Azov” döyüşçüsü bildirib ki, burada tam fərqli münasibət var, şəxsi heyət arasında çox millətçi yanaşma mövcuddur:

“Döyüş hazırlığı da başqalarından fərqlənir. Ailəm Xersondandır. Valideynlərim, bacım Xersonu tərk ediblər, amma Ukraynadadırlar. Mən işğal altında yaşamalı oldum. Düşmənin özünü ev sahibi kimi aparıb hər şeyi diqtə etdiyini gördüm. Səni hər an yaxalayıb ölkədən çıxara bilərdilər. Tam cəzasızlıq mühiti idi. Sonra da “sizi azad etməyə gəlmişik” deyirdilər. Nədən? Normal həyatdan?!

Bu cür halların olmaması üçün vətənin müdafiəsinə gəldim. “Azov” böyük bir ailədir. İstənilən problemin həlli üçün burada sənə yardım edərlər”.

Banner
Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI

Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 384 baxış
Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI

Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 384 baxış
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV

İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV

Dünya
25 oktyabr 2026 384 baxış
Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI

Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 384 baxış
Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV

Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV

Dünya
25 oktyabr 2026 384 baxış
Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV

Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV

Dünya
25 oktyabr 2026 384 baxış
Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV

Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV

Dünya
25 oktyabr 2026 384 baxış
Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Dünya
24 oktyabr 2026 384 baxış
Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Dünya
24 oktyabr 2026 384 baxış
Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Dünya
24 oktyabr 2026 384 baxış
Seçilmişlər
icon