Bayden bu məsələdə İsraillə razılaşdı | Netanyahudan müharibə açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail sülhə razı deyil”.
Belə bir açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib. Bildirib ki, girovlar azad edilənə qədər regionda atəşkəs olmayacaq.
Hökumət rəhbəri həmçinin İsrail-HƏMAS müharibəsinin başlandığı andan bu günə qədər ölkəsinin əldə etdiyi nailiyyətlərdən də danışıb:
"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, girovlar qaytarılmadan regionda atəşkəs olmayacaq. Bu, birmənalı şəkildə baş verə bilməz. İsrail hökumətinin siyasəti bu yöndədir. Hətta Bayden administrasiyası da sözügedən məsələ ilə bağlı bizimlə razılaşdığını etiraf edib.
Onu da bildirim ki, atəşkəs razılaşmasına mane olan tərəf biz deyilik. HƏMAS razılaşmaya qarşı çıxır. Biz artıq müharibənin başlanmasının 6-cı ayına qədəm qoymuşuq. Müharibədə ciddi nailiyyətlər əldə etmişik. HƏMAS-a məxsus batalyonların 24-dən 19-unu məhv etməyə nail olmuşuq.
Həmçinin hərbi qruplaşmanın yüksək rütbəli komandirləri, çox sayda əsgərini öldürmüşük, bəzilərini isə əsir götürmüşük. Biz Əl-Şifa xəstəxanası da daxil olmaqla, HƏMAS üzvlərinin gizləndiyi bir sıra məkanlarda hərbi əməliyyatlar keçirmişik. Biz onların raket və digər silah-sursatları istehsal edən fabriklərini darmadağın etmişik.
Onları yer altında da sistemli şəkildə məhv etməyə davam edirik. Qələbədən yalnız bir addım uzaqdayıq. Lakin bütün bunların əvəzini çox ağır şəkildə ödəmişik”.
#İsrail-HƏMAS münaqişəsi teqi istifadə olunub
- Hakan Fidandan İsrail-HƏMAS danışıqları barədə açıqlama
- İsrail ordusunun hücumları davam edir | Qəzzaya zərbələr nəticəsində həyatını itirənlər var
- Netanyahu İsrail Ordusuna təcili tapşırıq verdi | Ölkələr Fələstin və İsraillə bağlı hansı addımı atacaq?
- HƏMAS-ın məşhur batalyonu məhv edildi
- Yaxın Şərqdə yeni sülh planı | Tramp Qəzzada nəyə çalışır?
