Bayden: HƏMAS Fələstini təmsil etmir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden İsrailin Qəzza zolağına daxil olmasını böyük səhv hesab etsə də, həmin bölgədəki silahlı qruplaşmanın da tam zərərsizləşdirilməsinin tərəfdarıdır.
Bu barədə dövlət başçısı “CBS News” telekanalının “60 dəqiqə” verilişinə müsahibəsi zamanı bildirib.
Proqramda səsləndirilən “Hazırki məqamda İsrailin Qəzzanı işğal etməsini dəstəklərdinizmi?” sualına Amerika lideri mənfi cavab verib.
“Düşünürəm ki, bu, böyük səhv olardı. Qulaq asın, Qəzzada baş verənlər, mənim fikrimcə, HƏMAS ilə əlaqəlidir və sözügedən təşkilatın ifrat ünsürləri bütün Fələstin xalqını təmsil etmir. Bəli, HƏMAS tam zərərsizləşdirilməlidir, lakin Fələstin hakimiyyəti qorunub saxlanmalıdır. Fələstin dövlətinə gedən bir yol olmalıdır”, – deyə Bayden bildirib.
Daha sonra isə ABŞ Prezidenti aparıcının İsrailin Həması zərərsizləşdirməsi ilə bağlı addım atıb-atmamasına dair sualını cavablandırıb: “İndi yox. Zənnimcə İsrail anlayır ki, Fələstin xalqının əksər üzvləri HƏMAS və “Hizbullah”ın addımlarını dəstəkləmir”.
Qəzzadakı müharibənin arxasında İranın olub-olmaması ehtimalına da aydınlıq gətirən Bayden məxfi məlumatlar barədə danışmaq istəmədiyini açıqlayıb. Bu ehtimalı sübut edəcək dəlillər olmadığını bildirib.
“Bilirəm, İran HƏMAS və “Hizbullah”ı daim dəstəkləyir. Amma İranın bu münaqişənin arxasında olması və ya hücum törədilməsinin planlaşdırılmasında iştirak etməsinin heç bir dəlili yoxdur”, – deyə Ağ Ev lideri əlavə edib.
#HƏMAS teqi istifadə olunub
- Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- Qəzzanın idarəçiliyi texnokrat hökumətə verilə bilər | HƏMAS kənarda qalacaq? - Baku TV CANLI
- Trampın post-müharibə planı icra edilir | HƏMAS razılaşmaya hazırdır? - Baku TV CANLI
