Bayden irqi ayrı-seçkiliyi pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Prezidenti Cozef Bayden Cənubi Karolinaya səfər edib.
Emanuel Ana kilsəsində olan Ağ Ev rəhbəri çıxışında ölkəsində hələ də hökm sürən irqi ayrı-seçkiliyə də toxunub.
O, 2015-ci ildə Çarlstonda 5 afro-amerikalının irqçilər tərəfindən güllələnərək öldürülməsi hadisəsini xatırladaraq baş verənləri dəhşət adlandırıb:
"2015-ci il iyunun 17-də 5 nəfər onlarla birlikdə dua etmək üçün yad birini kilsəyə dəvət etdilər. Lakin Allahın kəlamı güllələr, nifrət və qəzəblə əvəz olundu. Çox uzun müddətdir bu, millətin başına bəlalar açan bir zəhərə çevrildi. O zəhər nədir? Bu zəhər deyəndə ağdərili olmağın verdiyi üstünlüyü nəzərdə tuturam. Bu, həqiqətən də, dəhşətdir.
Bu zəhər tarix boyu millətimizi parçalayıb və buna ABŞ-də yer yoxdur. Bu gün də, sabah da, o biri gün də ona yer olmayacaq. O gündən sonra bu xalq nəyə qadir olduğunu bir daha sübut etdi. Mən bunu, həqiqətən də, səmimi şəkildə deyirəm".
#ABŞ teqi istifadə olunub
- Tramp Ukrayna müharibəsinə son qoymağa yaxın olduqlarını bildirib
- ABŞ Rusiya ilə razılığa gəlib?
- İran iddiaları təkzib edib
- ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt xəbərdarlıqla çıxış edib - Baku TV CANLI
- Bir qurğu ABŞ-də uçuşları necə dayandırdı? | İƏT Nazirlər Şurasının 30-cu iclası - YENİ BİR SƏHƏR
