Bayden söz vermişdi ki, bu savaş... | Amerikalı milyarderdən sərt sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Bayden NATO-nun genişlənməsi ilə bağlı açıqlamaları ilə Rusiyanı Ukraynaya daxil olmağa təhrik etdi”.
Bu sözləri amerikalı iş adamı, milyarder Devid Saks deyib.
Bildirib ki, Ağ Ev rəhbəri hətta sülhün əldə olunması ilə bağlı bütün imkanları rədd edib. Onun sözlərinə görə, adıçəkilən ölkədə müharibə artıq 3 ildir ki, davam edir və onun axırı görünmür.
“Bu müddət ərzində yüzlərlə insan həlak olub, vergiödəyicilərimizin yüzlərlə milyard dollarları havaya uçub. Prezident Bayden bizə bu yeni ömürlük müharibəni verdi. O söz verdi ki, bu savaş Rusiyanı zəiflədəcək və ABŞ-ni gücləndirəcək. Bəs bu gün biz nə görürük? Rusiyanın silahlı qüvvələri gündən-günə güclənir, bizim hərbi ehtiyatımız isə təhlükəli dərəcədə tükənir”, – deyə D.Saks bildirib.
Amerikalı milyarder onu da deyib ki, dünya Baydenin ağlasığmaz siyasətinin bəşəriyyəti necə Üçüncü Dünya müharibəsinə doğru sürüklədiyini dəhşətlə izləyir.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
