Pleyeri seçin:

Bayden tibbi müayinədən keçdi | Nəticələr hər kəsi təəccübləndirdi

29 fevral 2024 304 baxış

ABŞ əhalisinin böyük bir hissəsi artıq Prezident Cozef Baydenin ölkəni idarə edəcək vəziyyətdə olmadığını düşünür.

Buna səbəb isə Ağ Ev rəhbərinin anlaqsız hərəkətləri və çıxışları ilə tez-tez gündəmə gəlməsidir. Bu da haqlı olaraq hamıda ölkə başçısının əqli və fiziki sağlamlığı barədə şübhə yaradıb. Elə bir müddət əvvəl də analoji hadisə yaşanıb.

Çıxışlarından birində jurnalistə yaddaşının yaxşı olduğunu deyən C.Bayden bu açıqlamasından sonra növbəti dəfə gülünc vəziyyətə düşüb. İsrailin Baş nazirinin adını unudan Ağ Ev rəhbəri daha sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisini Meksika lideri kimi təqdim edib.

ABŞ rəhbəri sabiq prezident Donald Tramp tərəfindən də ciddi tənqid edilib. Sabiq ölkə başçısı prezident kampaniyalarında çıxışlarından biri zamanı C.Baydenin hərəkətlərini təqlid edib. Bir sözlə, Prezident hərəkətlərinə görə ciddi tənqid olunur.

Bütün bunların fonunda reputasiyasının zədələndiyini görən Ağ Ev rəhbəri isə məsələni birdəfəlik həll edib. O, həkimə müraciət edərək tibbi müayinədən keçib. Nəticələr isə hamını təəccübləndirib. Belə ki, müayinələr ABŞ Prezidentinin sağlam olduğunu ortaya çıxarıb.

"Onlar keçən ildən fərqlənmir", – deyə C.Bayden Ağ Evdə jurnalistlərə açıqlaması zamanı bildirib.

Məlumat üçün bildirək ki, C.Bayden bununla da prezidentliyi dövründə 3-cü dəfədir ki, müayinədən keçir.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer də dövlət başçısının əqli qabiliyyətlərinin qiymətləndirilməsi üçün heç bir əsasın olmadığını bəyan edib:

“Mən həkimlə görüşdüm. O, Prezidentin tibbi müayinəsindən sonra hər şeydən məmnun görünürdü. Ölkə rəhbəri işə qayıdıb. O, sizin suallarınızı cavablandırıb və Amerika xalqı üçün mübarizə aparacağını bir daha sübut edib.

Bu isə o deməkdir ki, Prezident öz fəaliyyətini davam etdirəcək. Əqli sağlamlığa gəldikdə isə hamınız bilirsiniz ki, Ağ Ev liderinin əqli müayinəyə ehtiyacı yoxdur. Bu fikirləri mən yox, onun həkimi bəyan edib”.

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 304 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 304 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 304 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 304 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 304 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 304 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 304 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 304 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 304 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 304 baxış
Seçilmişlər
icon