Baydendən Çinə qarşı sərt addım | Qərarın əsl səbəbi nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Çinin bir neçə şirkətinə Amerika investisiyalarının qadağan edilməsi barədə fərmanının müddətini bir il də uzadıb.
Amerika liderinin Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatında bu barədə bildirilib.
Sənəddə qeyd edilib ki, Prezident Pekinin “ABŞ kapitalını öz xeyrinə istifadə edərək Silahlı Qüvvələrini, kəşfiyyatını və digər təhlükəsizlik orqanlarını inkişaf etdirmək və modernləşdirmək üçün vəsait təmin etmək məqsədilə istifadəsinə” inanır. Bu da Çin Xalq Respublikasının ABŞ ərazilərini və Amerikanın xaricdəki qüvvələrini birbaşa təhdid etməsinə imkan verir.
C.Baydenin verdiyi bəyanatda bildirilib ki, ÇXR-in bəzi şirkətlərini maliyyələşdirən qiymətli kağızlara investisiya qoymaq ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdiddir.
Eyni zamanda Çin müşahidə texnologiyalarının tətbiqi, eləcə də inkişafı fövqəladə və qeyri-adi təhlükə olmaqda davam edir.
“Bu səbəbdən 12 noyabr 2020-ci ildə elan olunan və 3 iyun 2021-ci ilədək davam edən fövqəladə vəziyyət 12 noyabr 2024-cü ildən sonra da davam etməlidir. Mən milli fövqəladə vəziyyət rejimini bir il uzadıram”, – Amerika lideri deyib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
