Pleyeri seçin:
Baydendən Priqojinə mühüm xəbərdarlıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər mən Yevgeni Priqojinin yerində olsaydım, üsyan cəhdindən sonra nə yediyimə fikir verərdim. Yemək menyuma xüsusilə diqqət edərdim”.
Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Helsinkidə keçirilən mətbuat konfransında deyib. ABŞ lideri eyni zamanda bildirib ki, onun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin harada olması ilə bağlı məlumatı yoxdur.
Xatırladaq ki, “Vaqner” hərbi qruplaşması iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətini xəyanət adlandırıb. Daha sonra isə Y.Priqojin qan tökülməsinin qarşısını almaq üçün geri çəkildiklərini bildirib.
Kopyalandı
#Yevgeni Priqojin teqi istifadə olunub
- Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Priqojinin ölmədiyini iddia edən Budanov daha nələr dedi?
- Priqojinin öldüyünə dair sübut yoxdur | Budanovdan qalmaqallı açıqlama
