Baydendən yəhudi liderlərinə İran sözü: Ehtiyatlı olsunlar!
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden HƏMAS-ın İsrailə hücumundan sonra İrana ehtiyatlı olması barədə xəbərdarlıq edib.
O bu barədə Ağ Evdə yəhudi liderlərinin dəyirmi masasında çıxışı zamanı bildirib.
“Mən Benyamin Netanyahunu 40 ildən çoxdur ki, tanıyıram. Bizim çox səmimi münasibətimiz var və onu da vurğulamaq istəyirəm ki, İsrailin hazırda baş verən proseslər və ərazidə mövcud olan şərait səbəbindən müharibə qaydaları üzrə hərəkət etməsi həqiqətən də vacibdir. İrana gəlincə isə düşünürəm ki, biz mövqeyimizi aydın şəkildə bildirmişik, ona görə də ehtiyatlı olun”, – deyə Bayden qeyd edib.
80 yaşlı ölkə başçısı İsrailə edilən hücumları təmiz vəhşilik kampaniyası adlandırıb. Cozef Baydenin sözlərinə görə, hücumlar İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarşı törədilən Holokostdan sonra ən ölümcül və dəhşətli hadisədir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
