Pleyeri seçin:

Bəhreyndəki hərbi məntəqə İranın zərbələri nəticəsində zədələnib - Baku TV

28 iyun 2026 354 baxış

ABŞ İranın hərbi zərbələri nəticəsində ciddi ziyan dəymiş Bəhreyndəki Hərbi Dəniz Qüvvələrinə məxsus bazanın infrastrukturunu bərpa etmək üçün təxminən 400 milyon dollar xərcləmək məcburiyyətindədir.

Bu barədə "The Wall Street Journal" Pentaqonun açıq sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən hərbi obyekt bu ilin fevral ayının sonundan iyun ayına qədər İran tərəfindən endirilən zərbələr nəticəsində ağır zədələnib. Hücumlar zamanı bazadakı 10-dan çox bina və 2 peyk rabitəsi terminalı sıradan çıxıb. Yaranan təhlükə səbəbindən ABŞ rəhbərliyi şəxsi heyətin böyük hissəsini ərazidən təxliyə edib və orada yalnız kiçik bir texniki qrup saxlayıb.

Qəzetin mənbələri rəsmi Vaşinqtonun Bəhreyndəki bazanı modernləşdirmək niyyətində olduğunu diqqətə çatdırıblar. Bununla belə, bəzi rəsmilər hücuma məruz qalan köhnə obyektlərin bərpasından tamamilə imtina edilə biləcəyini də istisna etmirlər.

İlkin hesablamalara görə, ərazinin təmizlənməsi və möhkəmləndirilməsi xərcləri nəzərə alınmadan, dağılan binaların yerində yenilərinin inşası 400 milyon dollara başa gələcək.

Hesabatda vurğulanır ki, Bəhreyndəki hərbi baza İranın indiki zəngin raket və dron arsenalına sahib olmadığı dövrlərdə tikilib. ABŞ-nin Yaxın Şərqdə keçirdiyi son hərbi əməliyyatlar isə bu strateji obyektin müdafiə baxımından olduqca zəif və həssas vəziyyətdə olduğunu üzə çıxarıb.

Qeyd edək ki, Pentaqon Yaxın Şərqdə mümkün yeni hərbi qarşıdurmalar zamanı İran tərəfindən dəyə biləcək ziyanı minimuma endirmək məqsədilə Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarının da daha təhlükəsiz bölgələrə köçürülməsi variantlarını nəzərdən keçirir.

Banner
Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Bolqarıstanda səs-küy salan qətl: Tanınmış idman rəhbəri qətlə yetirildi - Baku TV CANLI

Dünya
24 oktyabr 2026 354 baxış
Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV

Dünya
24 oktyabr 2026 354 baxış
Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM

Dünya
24 oktyabr 2026 354 baxış
Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV

Dünya
24 oktyabr 2026 354 baxış
ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama

Dünya
24 oktyabr 2026 354 baxış
Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Venesuelada neft hasilatı ilə bağlı son illərin rekord nəticəsi

Dünya
24 oktyabr 2026 354 baxış
Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır

Dünya
24 oktyabr 2026 354 baxış
Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Polşada ABŞ-nin hərbi bazası tikiləcək?

Dünya
24 oktyabr 2026 354 baxış
Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib

Dünya
24 oktyabr 2026 354 baxış
Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Dünya
24 oktyabr 2026 354 baxış
Seçilmişlər
icon