Biz birləşməliyik! - Lukaşenkonun Ermənistana təbrikində diqqətçəkən məqam
Yeniliklərdən dərhal xəbərdar olun
“Belarus və Ermənistanı möhkəm dostluq əlaqələri, ortaq tarix, ənənəvi ailə və xristian dəyərləri bağlayır.
Vətəndaşlarımızı Böyük Vətən müharibəsində Qələbə, Spitak zəlzələsinin nəticələrinin birgə qəhrəmanlıqla aradan qaldırılması, inteqrasiya strukturlarında iştirak və sıx işgüzar tərəfdaşlıq birləşdirir”.
Bu sözlər Belarus lideri Aleksandr Lukaşenkonun Ermənistan Prezidenti Vaaqn Xaçatryana bu ölkənin Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda əks olunub.
“İndiki şəraitdə sağ qalmaq və uğurlu inkişafa davam etmək üçün biz birləşməli və əməkdaşlıq etməliyik. Minsk İrəvanla qarşılıqlı hörmət və konstruktiv dialoqun genişləndirilməsinin tərəfdarı olmağa davam edəcək”, – deyə A.Lukaşenko bildirib.
Qeyd edək ki, Lukaşenkonun Ermənistan Baş naziri Nikol Paşinyanı deyil, Xaçatryanı təbrik etməsi diqqət çəkib.
#Ermənistan teqi istifadə olunub
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
